Bazar ertəsi, 29 Aprel

"Frayburq"-"Qarabağ" oyunu bu hakimlərə tapşırıldı

image

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Xəbər verilir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrextsə Jo de Veirdt və Matias Hillert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39